Tədbirlər və elanlar

  • 12-10-2018
  • “Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - 3 gün əvvəl

    “Kütləvi çıxarış” kampaniyası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb. Bu dəfə kampaniya eyni vaxtda bir neçə coğrafi məkanı əhatə edib. Belə ki, sakinlərə daşınmaz əmlakın qeydiyyat xidmətlərini təklif edən “Kütləvi çıxarış” kampaniyası 12 oktyabrda Şəkinin Birinci və İkinci Biləcik, eləcə də Baqqal kəndində keçirilib. Kampaniya çərçivəsində mobil ofislərə 100-ə yaxın müraciət daxil olub. Birbaşa yaşadıqları yerlərdə 50 vətəndaşa daşınmaz əmlaka dair çıxarışlar təqdim edilib. Qeyd edək ki,...

  • Suraxanı rayonunda abadlıq işləri geniş vüsət alır Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti - 3 gün əvvəl

    Bakı, 11 oktyabr, AZƏRTAC

    Bu gün respublikamızın hər yerində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır.

    Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonda son illər ərzində bir sıra...

  • 6 oktyabr 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 34A ünvanda sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

    Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və...

  • Torpaqların üst münbit qatının daşınmasının qarşısı alındı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - 4 gün əvvəl

    Bəzi vətəndaşlar tərəfindən torpaqların üst münbit qatı qanunsuz olaraq müxtəlif ərazilərə daşınır. Bu isə bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, üst münbit qatının daşınması torpaqların eroziyaya uğramasına, həmin ərazilərin yararsız hala düşməsinə, torpağın üst münbit qatının korlanmasına səbəb olur. Son nəticədə, bu qanuna zidd hərəkət torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Belə halların qarşısının alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi reydlərini davam...

  • 09-10-2018
  • Hərracda 10 dövlət əmlakına 13 sifariş verilib: siyahı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - 6 gün əvvəl

    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 oktyabr tarixində keçirilən hərracda 10 dövlət əmlakına 13 sifariş verilib. Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazasının ümumi faydalı sahəsi 248,8 kv.m-dir. Qeyd edək ki, sifarişçi tərəfindən bu dövlət əmlakına 45 min manat təklif edildi. Eləcə də paytaxtın Qaradağ rayonundakı 21 saylı mağaza və Çörək kombinatının...

  • 08-10-2018
  • Şura BMT-nin Uşaq Fonduyla Anlaşma Memorandumu imzalayıb Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası - 7 gün əvvəl

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduyla (YUNİSEF) Anlaşma Memorandumu imzalayıb. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın YUNİSEF-lə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarını ətraflı müzakirə etdiklərini bildirib. F.Qurbanov imzalanan Memorandumun iki qurum arasındakı əməkdaşlığın çərçivəsini müəyyən etdiyini deyib. İcraçı direktor Memorandumun birgə təlim və seminarlar təşkil edərək təcrübə mübadiləsini, Şura Katibliyinin əməkdaşlarının və yerli mütəxəssislərin bilik, bacarıqlarının artırılmasını, uşaq hüquqlarının müdafiəsini və digər məsələləri özündə...

  • Noyabrın ilk hərracında 79 dövlət əmlakı üzrə seçim şansı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - 7 gün əvvəl

    Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirilmə üzrə keçirdiyi hərraclarda hər kəs rahatlıqla əmlak sahibi ola bilər. İstənilən vətəndaşın olduğu məkandan hərraca onlayn qoşulmaq imkanı operativliyi təmin edərək özəlləşdirməni sürətləndirir. Müxtəlif çeşidli dövlət əmlaklarının qiymət, ərazi və faydalılıq baxımından cəlbediciliyi vətəndaşların prosesdə iştirak marağını artırır. Bunun nəticəsində də hərraclarda rəqabət müşahidə olunur və özəl sektorda yeni müəssisələrin sayı artır.

    Komitə tərəfindən növbəti hərraclardan biri 6 noyabr tarixində baş tutacaq. Bu dəfə prosesə...

  • 06-10-2018
  • Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib Azərbaycan Respublikasının Vergilər Nazirliyi - 10 gün əvvəl

    Oktyabrın 5-də Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib. İclasda Azəzbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib.

    İclası açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev...

  • Vergilər naziri Gürcüstanın səfiri ilə görüşüb Azərbaycan Respublikasının Vergilər Nazirliyi - 10 gün əvvəl

    Oktyabrın 3-də vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

    Tanışlıq məqsədi daşıyan görüşdə ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr, qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi, yaxın qonşuluq və regionda starteji tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin vergi sahəsində həyata keçirilən son yeniliklər barədə məlumat verilib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

  • 05-10-2018
  • Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı  bütün növ xidmətləri operativ formada göstərməkdə davam edir. Hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi olacaq. Komitə əməkdaşları tərəfindən 8-12 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək.

    Yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər...